Çanaqqala, yoxsa `soyqırım`? - sosial şəbəkələrdə `müharibə`

Çanaqqala, yoxsa `soyqırım`? - sosial şəbəkələrdə `müharibə`
  07 May 2015    Oxunub:5222
Türkiyədə qondarma erməni soyqırımı iddiaları ilə bağlı sosial şəbəkələrdə monitorinq aparılıb.

AzVision.az xəbər verir ki, Türkiyənin Müdafiə Texnologiyası və Mühəndisliyinin sosial şəbəkələrdə apardığı monitorinq zaman `soyqırım`la bağlı ilginc faktlar ortaya çıxıb.

18-28 aprel tarixlərində aparılan araşdırma zamanı `Tvitter` sosial şəbəkəsindən ingilis və türk dillərində qeyd olunan paylaşımlar götürülərək təhlil edilib.

Nəticələr zamanı `erməni soyqırımı` iddiaları və bununla bağlı paylaşımların insanların hislərinə necə təsir etməsi müəyyən edilib.

-Aprelin 21-də ABŞ prezidenti Barak Obamanının 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı çıxışında “soyqırım” ifadəsini işlətməməsi sosial şəbəkələrdə pozitiv əhval-ruhiyyəni artırıb.

Obamanın aprelin 23-dəki açıqlamaları isə sosial şəbəkələrdə mənfi qarşılanıb.

Aprelin 24-də Almaniya prezidenti Yoaxim Qaukun, eləcədə Ermənistanda keçirilən tədbirdə iştirak edən Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinin açıqlamaları sosial şəbəkə istifadələri arasında neqativliyi artırıb.

Monitorinqin nəticələrinə görə, ermənilər bu günlər ərzində `Tvitter`də sistemli təbliğat aparıblar. Həmin günlərdə #ArmenianGenocide və #1915NeverAgain haştaqlarının davamlı olaraq gündəmdə qalması insanların narazılığına səbəb olub.

Qondarma soyqırımla bağlı mütəmadi tvitlər paylaşan bəzi profillərin isə 24 apreldən sonra bağlanıldığı aşkarlanıb.

Həmçinin monitorinqin nəticələrinə əsasən, sosial şəbəkələrdə qondarma soyqırım məsələsi Çanaqqala zəfərinin 100-cü il dönümündən daha çox müzakirə edilib. Belə ki, “soyqırım”la bağlı paylaşımlar `Tvitter`də 5-ci yerdə olduğu halda Çanaqqala zəfəri ilə bağlı paylaşımlar 6-cı sırada yer alıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti