Rusiyadan 1 milyondan çox insana giriş qadağası
Rusiya prezidenti Vladimir Putinlə görüşən FMX rəhbəri miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min əcnəbinin Rusiyaya girişinin yasaqlandığını söyləyib: “Qanunu pozan miqrantların sayının necə azaldığının cədvəlini tərtib etmişik. Biz bunu ilk dəfə reallaşdırdıq. Ötən illərlə müqayisədə miqrantların sayında azalma baş verib. Rusiyaya işləmək üçün gələn bəzi ölkə vətəndaşlarının sayının azaldığını müşahidə edirik”.