ABŞ İŞİD-ə qarşı 400 əsgər göndərir

ABŞ İŞİD-ə qarşı 400 əsgər göndərir
  07 May 2015    Oxunub:1723
Pentaqon ilin sonuna qədər Suriya müxalifətinin hərbi hazırlığı üzrə proqramın icrasına başlamaq niyyətindədir. Bu barədə AzVision.az “CNN”-ə istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyə və İordaniyada keçiriləcək təlimlərdə Suriya müxalif hərbçilərinə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı mübarizə aparmaqla bağlı təlimlər keçiriləcək.

Artıq ilk 400 ABŞ əsgəri Türkiyə və İordaniya ərazisinə gəlib. Ümumilikdə təlimlərə 3 minə qədər insan yazılıb. Hazırda 400-ə yaxın müxalifətçi təhlükəsizlik tələbləri ilə bağlı yoxlamaları keçiblər.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.


Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti