“Separatçılar hücuma hazırlaşır” – Pentaqon rəhbəri

“Separatçılar hücuma hazırlaşır” – Pentaqon rəhbəri
  07 May 2015    Oxunub:1781
Pentaqon rəhbəri Eşton Karter bəyan edib ki, rusiyameylli separatçılar Ukraynanın şərqində yenidən hücuma keçə bilərlər.
Bu barədə AzVision.az “Frans press” agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiyanın dəstəklədiyi qüvvələr hərbi əməliyyatların yeni raunduna hazırlaşır. Bu isə Minsk razılaşmalarına ziddir.

Karter həmçinin əlavə edib ki, ABŞ radio əlaqə vasitələri, radarlar, zirehli avtomobil və digər vasitələrlə Ukrayna ordusunu dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, hazırda Rusiyaya ən çox təzyiqi iqtisadi sanksiyalar, neft qiymətlərinin aşağı düşməsi göstərir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti