Dünyanın ən varlı futbolçuları – Siyahı

Dünyanın ən varlı futbolçuları – Siyahı
  07 May 2015    Oxunub:11101
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların siyahısını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, siyahıya Madridinin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

2014-cü ildə 30 yaşlı portuqaliyalı hücumçu 79 milyon dollar qazanıb. Bu ötən ilki göstəricidən 6 milyon dollar çoxdur. Bu məbləğin 52,2 milyonunu Ronaldu əmək haqqı və bonuslar formasında alıb. Digər pulları isə futbolçu reklam müqavilələri hesabına qazanıb.

Siyahıda ikinci yeri “Barselona” klubu və Argentina millisinin hücumçusu Lionel Messi tutub. Belə ki, o, ötən il 70,5 milyon dollar gəlir əldə edib.

Üçüncü pillədə isə Fransanın “Pari Sen-Jermen” klubunun hücumçusu Zlatan İbrahimoviç tutub . O, ötən il 41,8 milyon dollar qazanıb.
İlk 10-luq həmçinin bu futbolçular qərarlaşıb:

4. Qaret Beyl (“Real” – 34,9 milyon)
5. Neymar (“Barselona” – 31,7 milyon)
6. Radamel Falkao (“Mançeter Yunayted” – 31 milyon)
7. Ueyn Runi (“Mançester Yunayted – 25,8 milyon)
8. Xames Rodriqes (“Real” – 25,4 milyon)
9. Serxio Aquero (“Mançester Siti” – 25,3 milyon)
10. Luis Suares (“Barselona” – 19,9 milyon)

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti