Ohanyan Azərbaycan-Rusiya işbirliyindən narahatdır

Ohanyan Azərbaycan-Rusiya işbirliyindən narahatdır
  07 May 2015    Oxunub:1813
Ermənistan vaxtaşırı Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində öz narahatlığını bildirir, lakin vəziyyət nəzarət altındadır.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

“Əgər hərbi-texniki sahədə Rusiyanın Ermənistan və digər ölkələrlə əməkdaşlığını müqayisə etsək, onda bu sahədə ən çox tədbirlər Ermənistanla keçirilir. Yeri gəlmişkən, bu yaxınlarda hərbi-texniki sahənin inkişafını nəzərdə tutan vacib sənədlər imzalanıb”, – deyə Ohanyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti