Ərəblər Şengen razılaşmasına qoşuldular

Ərəblər Şengen razılaşmasına qoşuldular
  07 May 2015    Oxunub:2587
Avropa İttifaqı (Aİ) Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının Şengen razılaşmasına qatılmasını təsdiqləyib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata əsasən, bu gündən etibarən BƏƏ vətəndaşları 34 Avropa ölkəsinə vizasız səyahət edə biləcəklər.

Ötən gün Belçikada imzalanan mərasimi zamanı çıxış edən BƏƏ-nin Aİ üzrə səfir Həmid Almazroui bu tarixin Aİ və BƏƏ əlaqələri baxımından tarixi gün adlandırıb: “Şengen bölgəsinə vizaların aradan qaldırılması ilə bağlı işlər üç il davam edirdi”.

Qeyd edək ki, BƏƏ və Aİ arasında həftədə 500 təyyarə reysi həyata keçirilir. BƏƏ və Aİ arasında isə ticarət dövriyyəsi 50 milyard dollardır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti