Səudiyyə Ərəbistanı Yəməndə yerüstü əməliyyatlara başlayır

Səudiyyə Ərəbistanı Yəməndə yerüstü əməliyyatlara başlayır
  07 May 2015    Oxunub:1846
Səudiyyə Ərəbistanı Yəməndə yerüstü əməliyyatlara başlaya bilər.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şiə üsyançılar – husilərlə mübarizə aparan koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Əhməd əl-Əsiri bildirib.

Onun sözlərinə görə, koalisiya Yəmən ərazisindən Səudiyyə Ərəbistanına endirilən artilleriya zərbələrinin dayandırılması üçün bütün variantların nəzərdən keçirir.

Bu arada ABŞ dövlət katibi Con Kerri Yəməndə husilərin mövqeyinə aviazərbələrin endirilməsinin dayandırılması üçün Ər-Riyadda danışıqlar aparır. Amerika tərəfinin fikrincə bu Yəmən ehtiyacı olan şəxslərə humanitar yardımın çatdırılması üçün vacibdir.
Kerri artıq Yəməndən qaçan Abd Rabbu Mansur Hadi ilə görüşüb. Onun Səudiyyə Ərəbistanı kralı Salman ibn Abduləziz əs-Səudla görüşəcəyi gözlənilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti