Ərəb nazir Azərbaycana gəlir

Ərəb nazir Azərbaycana gəlir
  07 May 2015    Oxunub:1568
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) AzVision.az-a verilən məlumata görə, biznes forumun mayın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfig Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nəzərdə tutulur

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti