İsveç Milli Olimpiya Komitəsi təkzib verdi
Oxşar məzmunda belə bir məqalə İsveçin “Aftonbladet” qəzetində hələ fevral ayının 17-də verilib. Bu məqalədən sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov S. Lindberqlə görüş istəyib və həmin görüş mayın 12-nə təyin olunub.
Lakin sonra S. Linberq Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq görüşün bir gün sonraya, yəni mayın 13-nə keçirilməsi xahiş edib. Bununla yanaşı, S. Lindberq Azərbaycan səfirliyinə göndərdiyi müraciətdə bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı guya İsveç Milli Olimpiya Komitəsinin mövqeyini əks etdirən və mediada yayılmış məlumat yanlışdır, həqiqətə uyğun deyil. S. Linberq bu yanlış məsələyə aydınlıq gətirmək üçün səfirlə görüşməkdə maraqlı olduğunu da müraciətində qeyd edib.
AzVision.az
Teqlər: