Qəddafinin ahı Sarkozini tutdu
Məhkəmə Sarkozini korrupsiya qalmaqalında ittiham edir. Belə ki, Sarkozi müəyyən informasiya müqabilində ali məhkəmə hakimlərindən birinə onu daha yüksək vəzifəyə keçirəcəyinə vəd verib. Hakimlə aparılan danışıqlar Sarkozi ilə vəkili Tyerri Erçoqun telefon söhbətində üzə çıxıb. Gizli söhbət məhkəmədə dəlil olaraq istifadə olunub.
Bundan başqa onun 2007-ci il seçki kampaniyasını qeyri-qanuni yolla maliyyələşdirməsi məsələsi də gündəmdədir. Bildirilir ki, Sarkozi seçki kampaniyası üçün Liviyanın sabiq lideri Müəmmər Qəddafidən maliyyə dəstəyi aldıb.
AzVision.az