ABŞ polisi 16 ayda 1500 insanı öldürüb

ABŞ polisi 16 ayda 1500 insanı öldürüb
  08 May 2015    Oxunub:2586
ABŞ polisi 2014-cü ilin əvvəlindən bu günədək, yəni 16 ay ərzində 1500-dən çox vətəndaşı öldürüb.

AzVision.az xəbər verir ki, bu barədə “Killed by Police” şirkətinin apardığı araşdırmada qeyd olunub.

Bildirilib ki, ölümlər əsasən polis əməkdaşları vəzifə borcunu yerinə yetirərkən baş verib.

Məlumatlar toplanan zaman polisin silahdan haqlı, və ya haqsız yerə istifadə etdiyi araşdırılmayıb.

Qeyd edək ki, son zamanlar ABŞ-da əsasən qaradərili vətəndaşların polis tərəfindən öldürülməsi ölkədə kütləvi etirazlarla qarşılanır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti