Erməni deputat: “Ölkə boşalır, Ermənistanda kim qalacaq?”

Erməni deputat: “Ölkə boşalır, Ermənistanda kim qalacaq?”
  08 May 2015    Oxunub:2593
“Ölkədə 73 min işsiz var”

Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqrensi partiyasının fraksiya katibi Aram Manukyan deyib. Onun sözlərinə ölkənin mövcud iqtisadi durumu əhalinin azalmasını sürətləndirəcək.

“Statistik məlumatlara görə, hazırda Ermənistanda təxminən 2,9 milyon adam qeydiyyatdadır. Amma onların 840 mini rəsmi əmək miqrantı kimi Ermənistanı tərk edib. Bu rəqəmlərə inansaq, hazırda Ermənistanda 2 milyon adam yaşayır. Amma bu, erməni diasporunun yaydığı rəqəmlərdən 40 faiz artıqdır. Keçən il Ermənistanda monitorinq aparan Avropa erməni diasporunun nümayəndələri ölkədə cəmi 1,4 milyon adamın yaşadığını vurğulayırdılar”.

Rusiyaya qazanc dalınca gedən həmyerliləri barədə danışan deputat bildirib ki, ölkə müstəqillik qazanandan əhalinin sayı 3 dəfə azalıb: “Əmək miqrantlarından gəlir vergisi alınmasını nəzərdə qanunvericiliyə əlavələ ermənilərin heç bir maneə olmadan Rusiyaya köçməsini təmin edir. Lakin sonra. Burada kim qalacaq?”.

AzVision.az


Teqlər:  





Xəbər lenti