Baş prokuror vətəndaşları qəbul edəcək

Baş prokuror vətəndaşları qəbul edəcək
  28 May 2013    Oxunub:1584
Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında
yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il iyunun 7-də saat 11:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



Teqlər:  





Xəbər lenti