Ermənistan pul və silah dilənir-VİDEO

Ermənistan pul və silah dilənir-VİDEO
  08 May 2015    Oxunub:3120
Ermənistana “hədiyyə” şəklində silah və hərbi avadanlıqlar göndərilir, qərb isə dövlətləri silah qacaqmalçılığına icazə verir.

AzVision.az xəbər verir ki, Rusiyaya iqtisadi təzyiqlər prizmasında günü-gündən zəifləyən Ermənistan hazırda xaricdən maliyyə vəsaiti cəlb etmək istiqamətində fəaliyyətini artırır.

Belə ki, ölkənin əsas iqtisadi və sosial sahələri öz istiqamətləri çərçivəsində xaricdə yaşayan ermənilərdən ianələr xahiş etməkdədirlər. Bu günlərdə Ermənistan portallarından olan “Info@armenian_military_portal” bəyanat yayaraq Ermənistan ordusuna kömək etmək məqsədi ilə pul yığma kampaniyası təşkil ediblər. Xalqın inamını qazanmaq üçün bu işi məşhur kinorejissor və senarist Arşak Zakaryan öz üzərinə götürdüyünü bəyan edib.

Qeyd edək ki, belə kampaniyalar ermənilərin yaşadığı xarici ölkələrdə də məşhur şəxslərin dəstəyi ilə təşkil olunur. İanələr həm pul şəklində, həm də hərbi avadanlıq şəklində toplanaraq bir başa ünvana göndərilir. Qəribə hal odur ki, hərbi avadanlıqların Erməsitana xaricdən hansı yollarla göndərildiyi diqqətdən kənarda saxlanılır. Bu gün təhlükəsizlik məsələlərində öndə gedən Qərb ölkələrinin nə səbəbə öz sərhədlərini erməni diasporasına açması qərb ictimaiyyəti və beynəlxalq təşkilatların nəzərindən yayınmaqdadır.

Aşağıdakı videoda erməni ordusuna xaricdən göndərilən hədiyyələrin bir neçəsi təqdim edilir. Onlardan bəziləri açıq şəkildə nümayiş olunur, bəziləri isə gizli saxlanılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti