Səfirlər qəzaya düşdü: ölü sayı 7-ə çatdı (YENİLƏNİB)

Səfirlər qəzaya düşdü:  ölü sayı 7-ə çatdı (YENİLƏNİB)
  08 May 2015    Oxunub:3011
Pakistanda "Mi-17" helikopteri qəzaya uğrayıb

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.

Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 6 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş.

***

17:15

Yayılan son məlumatlara görə, helikopter qəzasında ölənlıərin sayı 7-yə çatıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti