Putindən prezidentlərə hörmətsizlik

Putindən prezidentlərə hörmətsizlik
  08 May 2015    Oxunub:3987
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə Gürcüstan və Ukrayna prezidentləri Georgi Marqvelaşvili və Pyotr Poroşenkonu təbrik etməyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Kremlin rəsmi saytında yerləşdirilən məlumatda Rusiya prezidentinin Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, tanınmayan “Abxaziya”, “Cənubi Osetya” prezidentlərini, o cümlədən Gürcüstan və Ukrayna vətəndaşlarını Qələbə günü ilə bağlı təbrik etməsi vurğulanır.

“Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”, – deyə Putinin prezidentlərə göndərdiyi məktubda qeyd olunur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti