Prezident 3 milyarda şirkət satır

Prezident 3 milyarda şirkət satır
  08 May 2015    Oxunub:2190
İsveçrənin “Nestle” şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roshen” şirniyyat korporasiyasını 1 milyard dollara almaq istəyir.
Bu barədə AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Ukrayna prezidenti isə şirkətini 3 milyard dollar satmaq niyyətindədir. Məlumatda Poroşenkonun bundan aşağı qiymətə şirkəti satmağı planlaşdırmadığı xüsusi vurğulanır.

İsveçrə şirkəti hazırda bu aktivlə maraqlanan yeganə şirkətdir.

“Şirkəti bu qiymətə satmaq real deyil”, - deyə “Roshen” şirkətinin baş direktoru Vyeçaslav Moskalevskiy bildirib.

Ukrayna prezidenti daha əvvəl bəyan etmişdi ki, investor tapılmayacağı təqdirdə şirkət menecmentə satılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti