Səfirlərin öldüyü qəzanı `Taliban` üzərinə götürdü
Terrorçular helikopterin göyərtəsində Pakistanın baş naziri Navaz Şərifin ola biləcəyini ehtimal edərək onu vurublar.
“Helikopter zenit raketi ilə vurulub, pilotlar və xeyli sayda xarici səfirlər ölüb”, - deyə Talibanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, helikopterin vurulması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.
Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 6 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş.
Eldar Tanrıverdiyev
AzVision.az