Abdulla Güldən Ərdoğana bir cümləlik cavab

Abdulla Güldən Ərdoğana bir cümləlik cavab
  08 May 2015    Oxunub:3036
Sabiq prezident Abdulla Gül Ərdoğanın ittihamlarına bir cümlə ilə cavab verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən ziyafətdə Abdulla Gülə sərt sözlər deyib.

Abdulla Gül isə Ərdoğana bir cümlə ilə cavab verib. O, “səhv anlaşılma olub” deməklə kifayətlənib.

Qeyd edək ki,1915-ci il hadisələrinin gündəmə gəldiyi və akademiklərin iştirak etdiyi ziyafətdə Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə yanaşı sabiq prezident Abdulla Gülün də ünvanına sərt sözlər deyib.

“Daha əvvəl fəqli addımlar atıldı. İrəvana gedildi, futbol matçı izlənildi. Bunlar münasibətlərin istiləşdiyini və yumuşaldığı mesajı kimi görünür. Amma bu, İrəvanın əlini gücləndirdi. Daha sonra üzərimizə sərt gəlindi”-deyə Türkiyə prezidenti bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti