Azərbaycandan Avropaya tələb

Azərbaycandan Avropaya tələb
  08 May 2015    Oxunub:2262
Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini M.Məmməd-Quliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir.

Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M.Məmməd-Quliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti