`Şuşa hamımızın evidir` - Millət vəkili Türk dünyasına səsləndi
Tədbirdə türk dünyasının məhşur yazarı Çingiz Aytımatovun oğlu Əsgər Aytımatov da daxil olmaqla bir çox ziyalılar iştirak edib. Qənirə Paşayeva Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib: “Hər bir Türk insanı Şuşanı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır”.
Millət vəkili Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə ətraflı məlumat da verib. O, Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq, gəncliyə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır”, “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmlərini tədbir iştirakçılarına təqdim edib.
Teqlər: