`Azərbaycan Avrasiya Birliyi ilə əməkdaşlıq imkanlarına baxır`
"İndiki mərhələdə bizim potensial tərəfdaşımız Türkiyə ola bilər. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bir müddət əvvəl bizim ölkədə səfərdə olarkən Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunu dilə gətirdi. Bunu öyrənmək lazımdır",-deyə Qazaxıstan prezidenti qeyd edib.
O, Qazaxıstana səfər edən İran xarici işlər nazirinin də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq etməyə maraq göstərdiyini söyləyib: "Başqa ölkələr də var. Misal üçün Hindistan, Monqolustan, Azərbaycan var. Bütün bunlara baxmaq lazımdır". (Apa)
Teqlər: