Putin qadın generalı işdən çıxardı

Putin qadın generalı işdən çıxardı
  09 May 2015    Oxunub:2633
Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin maliyyə-iqtisadi siyasət və sosial zəmanətlərin təminatı departamentin müdiri Svetlana Perovanı işdən çıxarıb.
Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi internet saytında xəbər yerləşdirilib.

Perova Rusiya milisinin tarixində birinci general-mayor və həmçinin birinci general-leytenant rütbəsini almış qadındır.

Bundan başqa Boris Yeltsin ona "Rusiya Federasiyasının əməkdar iqtisadçısı" fəxri adı verib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bü gün 20 generalı vəzifəsindən azad edib. (anspress)


Teqlər:  





Xəbər lenti