Avstraliyada terrorçu saxlanılıb

Avstraliyada terrorçu saxlanılıb
  09 May 2015    Oxunub:1244
Avstraliya polisi Melbrunda terror aktı törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
AzVision.az xəbər verir ki, hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Melbrunun Qriveyl qəsəbəsində yerləşən bir evdə üç ədəd partlayıcı qurğu aşkar edilib.

Faktla bağlı 17 yaşlı gənc saxlanılıb. Adı açıqlanmayan gəns bazar ertəsi məhkəmə qarşısına çıxacaq.

Polis gəncin islam ekstremistləri ilə əlaqəli olması barədə məlumat verməyib.

İlkin Nəcəfzadə


Teqlər:





Xəbər lenti