Mübarəki 3 il həbs gözləyir - Qərar

Mübarəki 3 il həbs gözləyir - Qərar
  09 May 2015    Oxunub:2104
Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarəkin üç il müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, sabiq prezident başqasının mülkünü mənimsəməkdə günahlandırılıb.

Məhkəmə Mübarəklə yanaşı onun iki oğlu Əli və Qamalı da eyni cəzaya məhkum edib.

Qahirə məhkəməsi hər üç şəxsi dövlət xəzinəsindən 100 min Misir funtu (təxminən 13 min dollar) oğurlamaqda günahkar bilib. Bu pullar prezident saraylarının bərpasına xərclənib.

Xatırladaq ki, ötən ilin may ayında Mübarək və oğlanları bu ittiham üzrə üç il müddətinə azadlıqdan məhrum edilsə də, sonrada Apelyasiya məhkəməsi bu qərarı ləğv edərək işə yenidən baxılmasını istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti