Türk ordusu Suriyaya girir? – Davudoğludan cavab

Türk ordusu Suriyaya girir? – Davudoğludan cavab
  09 May 2015    Oxunub:1761
Türkiyənin Suriyaya hərbi müdaxiləsi hazırda gündəmdə deyil.
AzVision.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Bütün bu söz-söhbətlər şayiədir. Suriyada balans hər gün dəyişir. Müxalif qüvvələr Lazkiyə istiqamətində təzyiqi artırılar. Əsəd hər keçən gün zəifləyir. Türkiyənin Suriyaya hərbi müdaxiləsi hazırda gündəmdə deyil”, - deyə Davudoğlu vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti