7 ermənini öldürən Permyakovdan xəbər var

  09 May 2015    Oxunub : 1742
7 ermənini öldürən Permyakovdan xəbər var
Ermənistanda Avetisyanlar ailəsini qətlə yetirməkdə günahlandırılan rus əsgər Valeri Permyakovun DNT-sinin cavabı açıqlanıb
AzVision.az xəbər verir ki, məhkəmə genetika ekspertizası hadisə yerindən tapılmış əşyaların üzərindəki DNT izləri ilə Permyakovun DNT-si ilə 99,99 faiz üst-üstə düşdüyünü bəyan edib.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

AzVision.az

Teqlər: