“Boko Haram” kollecə hücum etdi

“Boko Haram” kollecə hücum etdi
  09 May 2015    Oxunub:1528
Nigeriyada “Boko Haram” terror qruplaşmasının üzvləri kollecə hücum edib.
AzVision.az RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə bu səhər Nigeriyanın şimal-şərqində yerləşən Yobe ştatında qeydə alınıb.

Nəticədə təhsil müəssisəsinin altı tələbəsi yaralanıb. Nigeriya ordusunun əsgərləri və polislər kollecə gediblər, bundan sonra silahlılarla aralarında atışma baş verib.

Atışmadan sonra yerli sakinlər silahlılardan birini ələ keçiriblər və döyüblər. Ələ keçirilən silahlının üzərində partlayıcı kəmər olan şəxs müşayiət edib. Silahlı partlayıcı qurğunu işə salıb və ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti