Dəhşətli təyyarə qəzası: sərnişinlərin hamısı öldü

Dəhşətli təyyarə qəzası: sərnişinlərin hamısı öldü
  10 May 2015    Oxunub:2504
İspaniyanın Sevilya şəhərində aviaqəza nəticəsində ən azı 8 nəfər ölüb.
Bu barədə hökumət başçısı Mariano Raxoy bildirib. Baş nazirin sözlərinə görə, qəzaya uğrayan "A400M" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 8-10 nəfər olub və onların hamısı həlak olub.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına əsasən, təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb.

Hadisənin səbəbləri hələ məlum deyil.


Teqlər:





Xəbər lenti