"Türk axını" üçün torpaq ayrıldı

"Türk axını" üçün torpaq ayrıldı
  10 May 2015    Oxunub:2441
"Türk axını" qaz xəttinin çıxış nöqtəsi hesab edilən Türkiyənin Ədirnə vilayətində boru kəmərinin inşası üçün təqribən iki min hektar torpaq sahəsi ayırılıb.
AzVision.az xəbər verir ki, bu barədəTrend-ə vilayətin valisi Dursun Əli Şahin məlumat verib.

Onun sözlərinə görə, hazırda valilik Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin sərəncamını gözləyir.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz xəttinin dəniz sahəsinin tikintisinə başlaması barədə məlumat verib. "Türk axını" layihəsi Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz tədarükünü nəzərdə tutur.


Teqlər:





Xəbər lenti