10 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı yeni təfərrüat

10 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı yeni təfərrüat
  10 May 2015    Oxunub:1537
Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan “Airbus A400M” tipli hərbi yük təyyarəsi İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb.
Təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulubmuş.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın baş naziri Mariano Raxoy bildirib.

Son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb. Ekipaj üzvlərinin ispan olduğu bildirilir. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu müəyyənləşdirilib. Bundan əvvəl qəza nəticəsində 8-10 nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, “Airbus A400M” tipli hərbi yük təyyarəsi havaya qalxdıqdan 1 dəqiqə sonra qəzaya uğrayıb.

Qəzanın səbəbləri araşdırılır.


Teqlər:  





Xəbər lenti