150 nəfərin öldüyü qəzanın şok təfərrüatı

150 nəfərin öldüyü qəzanın şok təfərrüatı
  11 May 2015    Oxunub:1843
Fransanın Alp dağlarında martın 24-də qəzaya uğrayan Almaniyanın “Germanwings” şirkətinə məxsus A-320 təyyarəsinin tapılan hər iki qara qutusu Parisdə tədqiqat və təhlil bürosunda ekspertlər tərəfindən hərtərəfli araşdırılıb.
Ekspertlər təyyarənin qəzaya uğramazdan 13 dəqiqə əvvəl qara qutuların qeydə aldığı yazılar barədə son açıqlama veriblər.

Bildirilib ki, Barselonadan Düsseldorfa uçan təyyarənin ikinci pilotu Andreas Lübitz qəza törətmək planını əvvəldən qərarlaşdırıb. Hətta bunun üçün o, Düsseldorfdan Barselonaya uçuş edərkən Alp dağlarının Fransa hissəsini əvvəldən müəyyənləşdirib.

Ekspertlər yerli vaxtla saat 9.30-da təyyarənin hava limanı ilə əlaqəsinin kəsildiyinin, dəfələrlə çağrışa cavab verilmədiyinin, ekipaj komandirinin “Bu lənətə gəlmiş qapını aç! “müraciətinin, təyyarənin sürətlə aşağı enməsinin, son 30 saniyədə isə təyyarədəki sərnişinlərin təlaş içərisində bağırtılarının qara qutular tərəfindən qeydə alındığını və bütün bunların isə özlüyündə Andreas Lübitzin bilərəkdən təyyarəni qəzaya uğratdığı barədə əvvəllər söylənilən fikirləri bir daha sübut etdiyini bildiriblər.

Qeyd edək ki, təyyarə qəzası zamanı 150 sərnişin həlak olub.


Teqlər:





Xəbər lenti