Patruşev Azərbaycandadır

Patruşev Azərbaycandadır
  11 May 2015    Oxunub:1828
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Patruşev Bakıda Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq.

Görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurası katibinin həmçinin Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə də görüşü planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti