İŞİD-ə ağır zərbə: 73 ölü

İŞİD-ə ağır zərbə: 73 ölü
  11 May 2015    Oxunub:1912
İraq birləşmiş qüvvələri İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının ölkənin şimalında yerləşən Acil neft yatağına hücumunun qarşısını alıb.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Döyüş nəticəsində 73 İŞİD yaraqlısı məhv edilib. Onlar arasında xarici vətəndaşlar olub. Əməliyyatlar nəticəsində 3 İraq hərbçisi ölüb, yaralılar var.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti