ABŞ-da qanlı atışma: 1 ölü, 4 yaralı

ABŞ-da qanlı atışma: 1 ölü, 4 yaralı
  11 May 2015    Oxunub:1277
ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Bu barədə AzVision.az “Fox 8 News”-a istinadən xəbər verir.

Hadisə bazar ertəsi, yerli vaxtla 23:15-də Klivlend şəhərində baş verib. Naməlum şəxs atəş açaraq beş nəfəri yaralayıb.

Bütün yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qalır. Yaralı şəxslərdən biri xəstəxanada ölüb.

Polis hadisə ilə bağlı hazırda araşdırmalar aparır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti