Xəbərdarlıq: bir həftə maqnit qasırğası olacaq

Xəbərdarlıq: bir həftə maqnit qasırğası olacaq
  11 May 2015    Oxunub:1894
Sabahdan etibarən Yer kürəsində başlayacaq maqnit qasırğasının 1 həftə davam edəcəyi və əzif olacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov məlumat verib.

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.

N. Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözənilir".


Teqlər:  





Xəbər lenti