AKP Kənan Evrənin dəfninə qatılmayacaq

AKP Kənan Evrənin dəfninə qatılmayacaq
  11 May 2015    Oxunub:1749
Türkliyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin 7-ci prezidenti Kənan Evrənin dəfn mərasiminə qatılmayacağını açıqlayıb.
AzVision.az TÜrkiyə mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AKP rəsmisi Mahir Ünal deyib.

Qeyd edək ki, mayın 9-u 98 yaşında vəfat edən Kənan Evrənin dəfn mərasimi mayın 12-i baş tutacaq. O, Türkiyə tarixində önəmli yer tutan 1980-ci il 12 sentyabr hərbi çevrilişinin banisidir.

Məlumat üçün bildirək ki, keçmiş prezidentin vida mərasimi ailəsinin xahişi ilə Türkiyə Böyük Millət Məclisində yox, ordunun Baş Qərargahında baş tutacaq və o, dövlət qəbristanlığında dəfn ediləcək

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti