İrandan ermənilərə ağır zərbə

İrandan ermənilərə ağır zərbə
  11 May 2015    Oxunub:2514
`İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və buna hörmətlə yanaşır`.
Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam bildirib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

Onun sözlərinə görə, İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir. (Ans)


Teqlər:  





Xəbər lenti