Erməni kilsəsindən Türkiyəyə qarşı tələb
Onun sözlərinə görə, Eçmiədzin kilsəsi Türkiyəyə qarşı müsadirə edilmiş kilsə əmlakının qaytarılması ilə bağlı tələb irəli sürə bilər.
Xatırladaq ki, ermənilərin ikinci böyük kilsəsi - Livandakı Kilikiya katolikosluğu daTürkiyəyə qarşı ərazi iddiası qaldırıb. Katalikos Birinci Aramın rəhbərlik etdiyi kilsə Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edərək Adana vilayətinin Kozan bölgəsində yerləşən Kilikya Monastırının mülkiyyətinin qaytarılmasını tələb edib.
Türkiyə mətbuatı bunun erməni diasporunun 1915-ci il hadisələrinin 100-cü ildönümündə apardığı müzakirələrdən sonra Türkiyəyə qarşı başlanmış yeni kampaniya kimi dəyərləndirib. Erməni mətbuatının yazdığına görə, Kilikiya katolikosluğu 1295-ci ildən 1921-ci ilə kimi Kozanda yerləşib. Daha sonra katolikos Qüds, Hələb, Dəməşq və Kiprə. 1930-cu ildən isə Livanın Antilias şəhərinə köçüb.(virtualaz.org)
Teqlər: