Ərəbistan Yəmənə ağır texnika yeridir

Ərəbistan Yəmənə ağır texnika yeridir
  11 May 2015    Oxunub:1796
Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri ağır hərbi texnikalarını Yəmənlə sərhəddə yerləşən Nadjran şəhəri ərazisinə cəmləyir.
Bu haqda Səudiyyə telekanalları xəbər yayıb. Ordunun hərəkətə gətirilməsinə səbəb husilər tərəfindən Nadjranın atəşə tutulmasıdır. Hücum nəticəsində bir nəfər Pakistan vətəndaşı həlak olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəməndə Husilərə havadan hərbi əməliyyatlar keçirir. Əməliyyatlar zamanı xeyli sayda üsyançı ilə yanaşı dinc sakinlər də həlak olub. (Ans)


Teqlər:  





Xəbər lenti