Əliyevlə Sarkisyan Riqada görüşə bilər

Əliyevlə Sarkisyan Riqada görüşə bilər
  12 May 2015    Oxunub:2232
21-22 mayda Riqada keçirilən Şərq tərəfdaşlığı sammitində Ermənistan və Azərbaycan təmsilçiləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək.

AzVision.az xəbər verir ki, bu barədə “RİA” Novosti-yə adının çəkilməsini istəməyən Avropa İttifaqının nümayəndəsi bildirib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) Riqada münaqişə tərəflərinin prezidentlərini və yaxud xarici siyasət idarəsinin rəhbərlərini görüşdürəcəklər.

Avropalı diplomat bildirib ki, münaqişənin həllindəki format dəyişməz olaraq qalır: “Biz əminik ki, Minsk qrupunun həmsədr dövlətləri münaqişənin həlli üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Ancaq bu çox çətin sualdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti