“Mehriban xanım olmasaydı, xəstəlikdən dünyamı dəyişərdim”

“Mehriban xanım olmasaydı, xəstəlikdən dünyamı dəyişərdim”
  12 May 2015    Oxunub:3959
“Mən dəfələrlə demişəm ki, dövlətimiz, Prezidentimiz, Heydər Əliyev Fondu tərəfindən sənətkarlara, muğam ifaçılarına, mədəniyyət işçilərinə yüksək qiymət verilir. Heç bir ölkədə sənətkara belə bir qiymət yoxdur. Bu, ancaq bizim Azərbaycandadır. Mən buna görə, cənab Prezident, Sizin qarşınızda baş əyirəm, Sizə “Çox sağ olun” deyirəm”.
AzVision.az xəbər verir ki, bu fikirləri Xalq artisti Ağaxan Abdullayev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimində çıxış edərkən deyib.

Xalq artisti ona göstərilən diqqətə görə, ölkə başçısına və birinci xanıma təşəkkürünü bildirib.

“Mən Heydər Əliyev Fonduna, şəxsən Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanımın diqqət və qayğısı sayəsində bu gün mən burada sizin qarşınızda çıxış edirəm. Bunu hamı bilir ki, əgər Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın köməyi olmasa idi, mən beş il bundan əvvəl ağır xəstəlikdən dünyamı dəyişərdim. Məni bu bəladan məhz Siz qurtarmısınız. Mən Almaniyada, Türkiyədə müalicə almışam. Buna görə minnətdarlığımı bildirir, Sizə “Çox sağ olun” deyirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti