Osmanlı sultanının hindu varisi üzə çıxdı

Osmanlı sultanının hindu varisi üzə çıxdı
  12 May 2015    Oxunub:2176
34-cü Osmanlı sultanı II Əbdülhəmidin 11 varisininə daha bir nəfər əlavə olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nyu York məhkəməsi qərar çıxarıb.

Məhkəmədən bildirilib ki, II Əbdülhəmidin nəvəsi Samiyə xatunun ABŞ-da Lari Dappadoka adlı bir qızıldərili ilə evlənərək onun soyadını aldığı və 23 il əvvəl 78 yaşında Nyu Yorkda öldüyü məlum olub. İlk evliliyini 1863-cü ildə quran Əbdülhəmidin qız və oğlan uşaqlarından davam edən soyunun 15 nəfər olduğu müəyyənləşib.

Qeyd edək ki, vərasəlik məhkəməsi 5 ildir davam edirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti