ABŞ-da qanlı atışma: 4 yaralı

ABŞ-da qanlı atışma: 4 yaralı
  12 May 2015    Oxunub:1429
ABŞ-da, Santa-Barbara şəhərində yerləşən Kaliforniya Universitetinin kampusu yaxınlığında atışma baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, atışma nəticəsində 4 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə yerli vaxtla 19:30-da baş verib. Dörd nəfəri yaralan şəxs polis tərəfindən saxlanılıb.
Polis hazırda faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti