Türkiyədən Liviyaya etiraz notası

Türkiyədən Liviyaya etiraz notası
  12 May 2015    Oxunub:1419
Türkiyə XİN-i “Tuna-1” yük gəmisinin Liviya ərazi sularında atəşə tutulması ilə əlaqədar olaraq bu ölkəyə etiraz notası göndərib.
AzVision.az “TRT”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

“Bu hadisə Liviyadakı real vəziyyəti əks etdirir. Biz öz reaksiyamızı Liviyanın Ankaradakı səfirliyinə, həm də İstanbuldakı konsulluğuna çatdırdıq, etiraz notası göndərdik. Bundan əlavə, biz Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində təşəbbüs xarakterli addımlar atırıq. Biz, həmçinin hadisə ilə bağlı BMT-dəki nümayəndəmizə də tapşırıqlarımızı vermişik”, - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, mayın 10-u Türkiyə şirkətinə məxsus “Tuna-1” yük gəmisi İspaniyadan alınan tikinti materiallarını sifarişçiyə təhvil vermək üçün Liviyanın Tobruk limanına yaxınlaşmağa cəhd edib. Lakin limandan təxminən 13 mil aralıda qurudan top atəşinə məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Gəmi oradan uzaqlaşmağa çalışarkən havadan edilən hücum zamanı bir nəfər Türkiyə vətəndaşı həyatını itirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti