Avropa İttifaqı missiyasının helikopteri qəzaya uğradı

Avropa İttifaqı missiyasının helikopteri qəzaya uğradı
  13 May 2015    Oxunub:1566
Avropa İttifaqı missiyasının helikopteri Kosovonun Priştina şəhərində hava limanında qəzaya uğrayıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, insident nəticəsində xəsarət alanlar var. Ölənlər barədə hələlik məlumat verilmir.

“Aİ-nin Kosovodakı missiyasının (EULEX) helikopteri Priştina hava limanında qəzaya uğrayıb. Yaralananlar var, detallar müəyyənləşdirilir”, deyə NATO-nun nümayəndəsi bildirib.

İnsident səbəbindən aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.


Teqlər:





Xəbər lenti