İran ABŞ və Ərəbistanı müharibə ilə hədələdi

İran ABŞ və Ərəbistanı müharibə ilə hədələdi
  13 May 2015    Oxunub:1927
“İran ordusu hansı dövlət tərəfindən Yəmənə yollanan humanitar gəmiyə hücum edəcəyi təqdirdə rəsmi Tehran həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlayacaq”.
AzVision.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu sözləri ötən gün İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məsud Cəzayeri tərəfindən səsləndirilib.

O, qeyd edib ki, İranın Qızıl Xaç cəmiyyətinin Yəmən üçün nəzərdə tutulmuş humanitar yardımını aparan gəmiyə hücum bölgədə müharibəyə səbəb olacaq: “Bunun baş verəcəyi təqdirdə “müharibə alovunu söndürmək və ya nəzarətə almaq artıq mümkün olmayacaq”.

Humanitar yardım yükü və müxtəlif ölkələrdən həkimlərin və mülki mütəxəssislərin olduğu gəmi ötən gün İranın Fars körfəzindəki Bəndər Abbas limanından Yəmənin Qırmızı dənizdəki Xodeyda limanına yola düşüb.

Səudiyyə Ərəbistanı yükə baxış keçirmək niyyətində olduğunu bildirəndən sonra gəmi İranın hərbi gəmilərinin müşayiəti ilə hərəkətini davam etdirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti