Qatar relsdən çıxdı: 5 ölü, 130 yaralı - YENİLƏNİB

Qatar relsdən çıxdı: 5 ölü, 130 yaralı - YENİLƏNİB
  13 May 2015    Oxunub:2442
Amerika Birləşmiş Ştatlarında (ABŞ) qatar relsdən çıxıb.
AzVision.az-ın məlumatına görə, hadisə Vaşinqtondan Nyu-York istiqamətində qeydə alınıb. Belə ki, hərəkətdə olan qatarın təxminən səkkiz-on vaqonunu relsdən çıxıb.

Qəza zamanı 5 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.

***
10:44

Son məlumatlara görə, Pensilvaniya ştatında baş verən qatar qəzası nəticəsində xəsarət alanların sayı 130-a çatıb. Qəza nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Hazırda qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir. Hadisə yerində 200 xilasedici işləyir.

Eldar Tanrıverdiyev
Azvision.az




Teqlər:  





Xəbər lenti