Kuba ABŞ-da səfirlik açır - 50 ildən sonra

Kuba ABŞ-da səfirlik açır - 50 ildən sonra
  13 May 2015    Oxunub:1632
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Kubanın ABŞ-da rəsmi səfirliyinin açıla biləcəyini bildirib.
AzVision.az xarici mətbuatına istinadən xəbər verir ki, Kastro bu barədə jurnalistlərə açıqlamasında deyib. Dövlət başçısı ABŞ-la Kuba arasındakı münasibətləri bərpa etmək istiqamətində səylərin davam etdiyini vurğulayıb və əlavə edib ki, mayın 29-dan sonra ABŞ-da səfirlik açıla bilər.

“Qarşılıqlı olaraq səfirlər təyin olunandan sonra iki ölkə arasındakı diplomatik münasibətlər yenidən başlayacaq. Amma münasibətlərin normallaşması başqa mövzudur. Bunun üçün embarqo ləğv edilməlidir”.

Avropa İttifaqıi ilə Kuba arasındakı münasibətlərdən danışan Kastro bununla bağlı Brüsseldə iclas keçirilməsi planlaşdırıldığını deyib: “Avropa İttifaqı ölkələri ilə aramızda ortaq məxrəc yoxdur, amma ümid edirik ki, vəziyyət düzələcək”.

Qeyd edək ki, 50 ildən sonra Kuba ilə ABŞ arasında münasibətlərdə dönüş yaranıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti